Rusiya: "Hindistan BMT TŞ-nin daimi üzvü olmalıdır"
5 Oktyabr 2018 17:04 DünyaRusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında reformların vacibliyini təsdiqləyiblər.
Bu sözlər Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modinin birgə bəyanatında yer alıb. Bəyanatda reformların müasir dünya nizamını özündə əks etdirməsi üçün vacib olduğu bildirilib:
"BMT TŞ qlobal çağırışlara daha effektiv reaksiya verməlidir. Rusiyanın Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə daxil olması ilə bağlı dəstəyi dəyişməz olaraq qalır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31