"Mən bacarmadım, Makron isə bunu etməlidir" - Olland
5 Oktyabr 2018 17:03 DünyaPrezident yeganə icraçı olmalı və baş nazirlik sistemi ləğv edilməlidir.
Bu sözləri Fransanın sabiq prezidenti Fransua Olland "Publik Senat" kanalında çıxışı zamanı deyib.
"Fransada parlament ABŞ Konqresinə bənzər bir funksiyaya malik olmalıdır. Yalnız bu şəkildə prezident hakimiyyətin yeganə icraçısı ola bilər. Ölkə başçısı olduğum müddətdə bu mövzu məni hər zaman düşündürüb, lakin gündəmə gətirməmişəm", - Olland bildirib.
Qeyd edək ki, Prezident Emmanuel Makron yanvar ayından etibarən Konstitusiyaya düzəlişlər ediləcəyini və islahatlar keçiriləcəyini söyləyib. Ölkə başçısının bu dəyişikliklərin detallarını tezliklə açıqlaması gözlənilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31