Təcavüzlə bağlı suala əsəbiləşdi, efirdən getdi - Video

Hollivud ulduzu, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Stiven Siqal BBC kanalında yayımlanan  "Newsnight" proqramına qonaq olub. 

Məşhur  aktyor verilişdə aparıcının suallarından narahat olmağa başlayıb.  Belə ki, xanım teleaparıcı onun adının bir neçə dəfə təcavüzdə hallandığını qeyd edib. Buna əsəbiləşən Stiven qulaqçığı çıxararaq studiyanı tərk edib. 

Qeyd edək ki, son aylarda Hollivud ulduzunun bir neçə xanıma qarşı cinsi zorakılıq etdiyi iddia olunur. Aktyor isə həmin ittihamları qəbul etmir. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31