ABŞ-dan Moskvaya güc nümayişi: S-300-lərə ağır cavab...
5 Oktyabr 2018 16:08 DünyaRəsmi Vaşinqton Rusiyanın Suriyaya S-300 zenit raket kompleksləri yerləşdirməsinə cavab məqsədilə İsrailə əlavə olaraq yeni nəsil F-35 qırıcılarının verilməsinə hazırlaşır.
Pentaqon İsrailə F-35-lərin çatdırılmasının operativliyini təmin etmək məqsədilə qırıcıların ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətdə olan eskadriliyasının tərkibindən verilməsini qərara alıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp qırıcıların İsrailə dərhal çatdırılması üçün göstəriş verib. Ağ Ev bu addımı Suriya ordusunun HHM imkanlarının gücləndirilməsinə baxmayaraq, ABŞ-ın İsrailin Suriyada təşkil etdiyi əməliyyatları dəstəkləmək qərarının qəti olduğunu nümayiş etdirmək məqsədilə atdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31