Paşinyan Saakaşvili ola bilmədi: Oğrularla danışıqlar başladı
5 Oktyabr 2018 16:06 DünyaErmənistan hökuməti kriminal avtoritetlərlə danışıqlara başlayıb.
Bu məlumatı "İravunk" qəzeti yayıb. Məlumata görə, Paşinyan avtoritetlərlə danışıqlar aparılmasını birinci müavini Ararat Mirzoyana tapşırıb:
"Kriminal avtoritetlər artıq Nikol Paşinyana tam dəstək verəcəklərini açıqlayıblar. Bununla belə onlar xüsusilə amnistiya ilə bağlı öz şərtlərini irəli sürüblər".
Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra hökumətə yaxın mətbuat bütün kriminal avtoritetlərin ölkədən çıxarılacağı haqqında məlumatlar yaymağa başladı. Hətta bir müddət erməni polisi qanuni oğruları bölmələrə çağıraraq onlara xəbərdarlıq etdi. Erməni mətbuatı buna görə Paşinyanı dəfələrlə Saakaşviliyə bənzədərək, guya Ermənistanda Gürcüstanın vəziyyətinin təkrarlanacağını iddia edirdi.
axar.az