“Toyota” 2,4 milyondan artıq avtomobilini geri çağırır

Yaponiyanın "Toyota" avtomobil konserni dünya üzrə 2,4 milyondan artıq hibrid avtomobilini mühərrik problemi səbəbindən geri çağırır.

Onların sırasında müxtəlif modellərlə yanaşı "Prius" markalı avtomobillər də var.

Ümumilikdə isə, Yaponiyadan 1,25 milyon, ABŞ-dan 830 min, Avropadan isə 290 min avtomobil geri çağırılacaq.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31