Ermənistanın vitse-spikeri: "Məni və ailəmi hədələyirlər"
5 Oktyabr 2018 13:56 DünyaErmənistan parlamenti sədrinin müavini Arpine Ovannisyan ailəsi ilə birlikdə hədələndikləri üçün polisə müraciət edib.
O, bu barədə Facebook səhifəsində yazıb.
O, sosial şəbəkələrdə ünvanına təhqiredici ifadələr yazanların cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Mən hər belə şərhlə bağlı məhkəməyə müraciət edəcəyəm. Öz hüquqlarımı müdafiə etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyəm".
Qeyd edək ki, Arpine Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan nümayəndə heyətinin başçısıdır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31