Rusiya ilə Hindistan arasında “S-400”lərin tədarükü ilə bağlı müqavilə imzalanıb
5 Oktyabr 2018 13:54 DünyaRusiya ilə Hindistan "S-400" hava hücumundan müfadiə sisteminin tədarükü ilə bağlı müqavilə imzalayıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, "Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri çərçivəsində "S-400"lə bağlı müqavilə imzalanıb" sualına cavabında deyib: "Bəli. Vladimir Putinin səfəri zamanı müqavilə imzalanıb".
Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamentinin rəsmisi "The Hindu" adlı sayta Hindistanın Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacağını bildirmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31