Aşurbəyli: "Bu texnologiyanı ABŞ bizdən oğurladı"
5 Oktyabr 2018 13:16 DünyaRusiyanın S-300 zenit raket kompleksini yalnız ABŞ-ın "Patriot" sistemləri ilə müqayisə etmək olar.
Bunu "Zvezda" televiziyasına müsahibəsində "Almaz Antey" şirkətinin keçmiş rəhbəri İqor Aşurbəyli deyib. O, Rusiyanın S-400-ləri hazırladığı məqamda ABŞ-ın bəzi məlumatları oğurlayaraq, öz sistemlərini müəyyən səviyyəyə çatdırdığını iddia edib.
Aşurbəylinin fikrincə, hələlik dünyada S-400 və S-500 sistemlərinin analoqu yoxdur.
Keçmiş direktor həmçinin Suriyaya S-300-lərin verilməsi məsələsinə də aydınlıq gətirib. O, bu sistemin sayəsində Suriya səmasını tətbiq ediləcək raketin növündən asılı olaraq, 150-250 kilometr məsafədə qorumağın mümkün olacağını bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31