Türkiyədə polis və kəşfiyyat xidməti birgə əməliyyat keçirdi - 21 nəfər saxlanıldı
5 Oktyabr 2018 13:07 DünyaTürkiyə polisi və Kəşfiyyat Xidməti İzmir vilayətində PKK terror təşkilatının üzvlərinə qarşı birgə əməliyyat keçirib. Əməliyyat nəticəsində 21 nəfər saxlanılıb.
Saxlanan şəxslərin terrorçularla sıx əlaqələri olduğu qeyd edilir.
Məlumata görə, daha 4 nəfər axtarışa verilib.
Əməliyyat çərçivəsində saxlanılanların kimliyi açıqlanmır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31