Rusiyanın MDB-dəki daimi nümayəndəsi istefaya gedir
8 Avqust 2018 11:44 DünyaRusiyanın MDB-dəki Daimi Nümayəndəliyinin rəhbəri Andrey Şvedov istefaya gedəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Şvedov özü deyib.
Onun sözlərinə görə, bu vəzifəyə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Birinci Departamentinin direktor müavini Andrey Qrozov təyin olunacaq. O, hazırda bununla bağlı hər kəsin Rusiya prezidentinin əmrini gözlədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31