Maduro: “Yalnız məni öldürməyə çalışmırdılar”

"Onlar yalnız bizi, prezidenti öldürməyə çalışmırdılar, həm də ölkəni, sülhü, demokratik ideyaları öldürməyə, Venesuelanın siyasi və sosial həyatını zorakılıqla doldurmağa çalışırdılar".

Bunu Venesuela prezidenti Nikolas Maduro ona qarşı sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.

Maduronun iddiasına görə, o tribunaya sui-qəsdçilər tərəfindən göndərilmiş pilotsuz təyyarəni şəxsən görürdü.

"O bizim başlarımızın üzərində böyük səs-küylə uçdu. Mən danışmağa davam edirdim və dron hansısa bir anında prezident tribunasına hərəkət etməyə başlayır. Bu saniyələrin məsələsi idi, bizi öldürməyə hazır idi", - prezident bildirib.

Onun sözlərinə görə, dronu idarə etmiş terrorçuların iki qrupu fəaliyyət göstərirdi. Prezident qeyd edib ki, onlardan biri Kolumbiya Norte-de-Santander departamentinin Çinakote şəhərində təlim keçirdi.

Qeyd edək ki, avqustun 5-də parad zamanı Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31