Prezident çirkaba bulaşan polislərə səsləndi: "Sizi öldürəcəm"
8 Avqust 2018 11:19 DünyaFilippin prezidenti Rodrigo Duterte cinayətə bulaşan polisləri öldürtdürəcəyini bildirib.
Duterte Prezident Sarayında müxtəlif cinayətlərə bulaşdığı iddia olunan 102 polislə görüşü zamanı "təkrar xətaya yol versəniz öldürülməyinizə dair əmr verəcəm", deyə bildirib.
Polislərin işlərini bir-bir araşdıracağını bildirən prezident onlara sərt xəbərdarlıq edib: "Əgər belə davam etsəniz, sizi, həqiqətən öldürəcəm. Bundan sonra sizi xüsusi dəstə izləyəcək. Ən kiçik xətanız olsa öldürülməyinizə dair təlimat verəcəm".
Prezident polislərin ailələrinə də səslənib: "Bu polislər ölsələr insan haqları deyib qızmayın. Çünki mən xəbərdalığımı etdim".
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31