Poroşenko ilə Pompeo arasında telefon danışığı oldu
8 Avqust 2018 11:14 DünyaUkrayna prezidenti Petro Poroşenko və ABŞ dövlət katibi Mayk Pompeo telefon danışığı keçiriblər.
Bu haqda ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib. Danışıqlar zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Pompeo Ukraynada korrupsiya ilə mübarizə və Ukraynanın milli təhlükəsizliyi üzrə yeni qanunvericiliyin qəbul edilməsini alqışlayıb. O, həmçinin, BVF-in tələblərini yerinə yetirməyə çağırıb.
Qeyd olunur ki, Pompeo adnışıq zamanı ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirib.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31