Almaniyanın Reyn vilayətində mamontun dişi tapılıb
8 Avqust 2018 10:49 DünyaAlmaniyanın Dormaqen şəhəri yaxınlığındakı çayda mamontun dişi tapılıb
Bu barədə Bild məlumat yayıb.
Belə ki, ər-arvad gəzintiyə çıxanda çayda 2,4 kq ağırlığında daşə bənzər əşya tapırlar. Və dərhal da bunu götürmək qərarına gəlirlər. Onlar sosial şəbəkədə daşın fotolarını paylaşaraq mənşəyini öyrənmək istəyiblər.
Kölndəki roma-alman muzeyinin direktoru da əminliklə bildirib ki bu, mamontun dişidir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31