Dağıstanda minik avtomobili qatarla toqquşub, 3 nəfər ölüb

Dağıstanda minik avtomobilinin qatarla toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qəza ötən gecə Qarabudaqkənd rayonunda tənzimlənməyən dəmir yolu keçidində baş verib.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31