Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq
8 Avqust 2018 09:10 DünyaBu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin digər matçları keçiriləcək.
"Report" xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq. Rusiyanın "Spartak" klubu səfərdə Yunanıstan PAOK-u ilə üz-üzə gələcək.
Avstriyanın "Zalsburq" komandası doğma meydanda Makedoniyanın "Şkendiya" komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Şotlandiya çempionu "Seltik" isə evdə Yunanıstanın AEK klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
21:00. "PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)
21:00 ."Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya)
22:45. "Seltik" (Şotlandiya) - AEK (Yunanıstan)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31