Azərbaycan velosipedçisi Sergey Omelçenko Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatında xoşagəlməz halla üzləşib.
"Report" xəbər verir ki, Ukrayna əsilli trekçi keyrin yarışları zamanı qəzaya düşüb. Buna onun önündə gedən Macarıstan idmançısının yıxılması səbəb olub.
Nəticədə toqquşmadan qaça bilməyən Omelçenko mübarizəni dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31