Belarusda istilərlə bağlı "narıncı" təhlükə səviyyəsi elan olunub

Belarusda sabah istilərlə bağlı "narıncı" təhlükə səviyyəsi elan olunub.

Ölkədə artıq bir neçə gündür bu regiona xas olmayan isti və yağıntısız hava şəraiti hökm sürür.

Belə ki, bəzi şəhərlərdə hava hərarəti +30- +34 dərəcə təşkil edir.

Belarus Fövqəladə Hallar Nazirliyi ölkənin 5 rayonunda əhalinin meşələrə ziyarətini yanğınlar təhlükəsi səbəbindən məhdudlaşdırıb. Qurumda bildirirlər ki, bu məhdudiyyətlər istilərin davam edəcəyi təqdirdə başqa rayonları da əhatə edə bilər. 

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31