Ukraynada daha bir kütləvi zəhərlənmə: 26 uşaq xəstəxanaya yerləşdirilib
7 Avqust 2018 18:55 DünyaUkraynanın Lvov vilayətində qida zəhərlənməsindən 26 uşaq xəstəxanaya yerləşdirilib.
Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Onlar Lvov vilayətindəki "Cem Rakovets" hotelində qidadan zəhərləniblər. Zəhərlənən uşaqların hamısı 10-16 yaş qrupuna aiddir.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, analoji hadisə bir həftə öncə Kiyev şəhərində qeydə alınmışdı. Şaurmadan zəhərlənmə nəticəsində 93 nəfər xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31