ABŞ-dan Türkiyə açıqlaması: "Hələ də dostuq"

Mövcud gərginliyə baxmayaraq ABŞ Türkiyənin sağlam dostu və müttəfiqi olaraq qalmaqdadır.

Bu barədə məlumatı öz Tvitter səhifəsində ABŞ-ın Ankaradakı səfirliyi yayıb.

"Ölkələrimiz canlı bir iqtisadi əlaqəyə sahibdir. Guya ABŞ rəsmilərindən birinin dolların 7 lirə olacağı haqqında söylədiyi fikirlər əsassızdır və xəbərlərin Türkiyə mediasında yer alması narahatvericidir. Bu, uydurulmuş və əsassız yalandır" - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bundan öncə Türkiyənin Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Saleh Yılmaz ABŞ səfirliyinin nümayəndələrindən birinin ona dolların 7 lirəyə qədər bahalaşacağı haqqında məlumat verdiyi barədə informasiya paylaşmışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31