Pentaqon ABŞ aviasiyasının Əfqanıstanda polisləri öldürməsi ilə bağlı informasiyanı araşdırır
7 Avqust 2018 17:30 DünyaABŞ Müdafiə Nazirliyi bu gün Birləşmiş Ştatlar aviasiyasının Əfqanıstanın Lövgər vilayətində 10-dan çox əfqan polisini öldürməsi barədə məlumatları araşdırır.
Bu barədə ABŞ-ın Əfqanıstandakı qüvvələrinin nümayəndəsi, polkovnik Martin Ochr("39")Donnell məlumat verib.
"Hazırda yalnız onu təsdiq edə bilərəm ki, ABŞ-ın Əfqanıstandakı qüvvələri bu gün səhər saatlarında, həqiqətən, Əfqanıstan ordusunun keçirdiyi əməliyyatlara dəstək olmaq və Əfqanıstan qoşunlarının müdafiəsi üçün Lövgər vilayətinin Əzra mahalında aviazərbələr endirib", - M.Ochr("39")Donnell bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin adıçəkilən mahalda hökumət ordusunun nəzarət-buraxılış məntəqəsinə endirdiyi aviazərbələrdən sonra 15 polisin öldüyü xəbər verilib.
Əzra mahalının yerli özünüidarəetmə təşkilatının üzvü Abdulla Uvali Uakilin sözlərinə görə, xarici qüvvələr bu gün buraxdıqları səhvi təkrarlamamalıdır: "Belə biganəlik göstərməyə davam etsələr, bu daha ciddi problem yaradacaq".
"Report"