Paşinyan Nazarbayevə zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu ikitərəfli əlaqələr və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti məsələsi olub.

Qeyd edək ki, bundan öncə Ermənistan KTMT-nin Baş katibi Yuri Xaçaturovu 1 mart qırğınlarından iştiraka görə həbs etmişdi. Xaçaturov sonradan azadlığa buraxılsa da, Ermənistan Xarici İşlər Nazirliyi onun bu vəzifədən istefaya göndərilməsi üçün çalışacağını bildirmişdi.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31