Moskva sükutunu pozdu: "Razılaşmadan çıxmayacağıq"

Moskva İranla nüvə razılaşmasına sadiqdir.

Bu barədə bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Nazirlik Rusiyanın razılaşmanın reallaşması və qorunması üçün əlindən gələn hər şeyi edəcəyini bildirib. Moskva həmçinin BMT Təhlükəsizlik Şurasından kənar İrana qarşı tətbiq edilən istənilən birtərəfli sanksiyanı qınadığını bəyan edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31