Yaponiyanın şərq rayonlarına tufan yaxınlaşır

Sinoptiklərin yaydığı məlumata görə, növbəti tufan avqustun 8-də Tokio yaxınlığında yerləşən İzu adalarına yaxınlaşacaq.

Avqustun 7-də təqribən səhər saat 6:00 radələrində "13 nömrəli" adlandırılan tufan Oqasavara adalarından 400 kilometr məsafədə olub. Tufanın mərkəzində havanın təzyiqi 970 hektapiksel təşkil edir, küləyin sürəti isə saatda 126 kilometrə çatır.

Tufanın avqustun 8-də İzu adalarına çatacağı bildirilir. Bir gün sonra isə onun Hönşü adasına çatacağı gözlənilir. Sinoptiklər aramsız yağışlar, güclü külək və hündür dalğalar barədə də xəbərdarlıq edirlər.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31