Qüsurlu çənə ilə doğulan qız indi modeldir
7 Avqust 2018 13:18 DünyaTaylandda yaşayan Vijitpraforn Punbu adlı qız anadan qüsurlu çənə ilə doğulub.
Punbu bir televiziya verilişində qalib gəlib və bununla da bütün həyatı dəyişib. 19 yaşlı koreyalı qız müsabiqədə qalib gəldiyi üçün pulsuz plastik əməliyyat kuponları əldə edib.
Qüsurlu çənəsi olduğu üçün xoruldayır, yemək yeyəndə problem yaşayır, ciddi həzm problemi yaşayırdı. Taylandda bir neçə plastik əməliyyat keçirən qız 3 ay ailəsindən uzaq qalıb. Nəticə inanılmaz olub.
Pundu əməliyyatlardan sonra tanınmayacaq dərəcədə dəyişilir. Özünə inamı artan qız deyib:
"Bütün əziyyətim buna dəydi. Nəticədə gözəl olmaq istəmədiyini deyən insan yoxdur. Əməliyyatlar keçirilənə qədər çox əziyyət çəkmişəm. İnsanlar mənə ya gülürdülər, ya da mənə yazıqları gəlirdi. Amma indi hər şey geridə qalıb".
Hazırda Punduya Koreyadan da, Taylanddan da modellik təklifləri gəlir. O, bundan sonra həyatına model kimi davam edəcək.


Ölkə.Az