Kaliforniyada tarixin ən güclü yanğını davam edir
7 Avqust 2018 12:21 DünyaABŞ-ın Kaliforniya ştatında 16 gün əvvəl başlayan meşə yanğınları hələ də davam edir.
Olaylar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, minlərlə ev və iş yerinin zərər gördüyü yanğınlar 7 nəfərin həyatına son qoyub, 154 min hektar sahəni yararsız hala salıb. Bu günə qədər ştatda müşahidə edilən ən böyük yanğınla mübarizə aparan Kaliforniyada yanğınları söndürmək üçün 14 min yanğınsöndürən cəlb edilib. Temperaturun 43 dərəcəyə çatması yanğının söndürülməsini daha da çətinləşdirir.
ABŞ prezidenti Donald Tramp yanğınların söndürülməməsinə görə ərazi rəsmilərini və yanğınsöndürənləri ittiham edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31