F-35-lərlə bağlı məxfi məlumat oğurlandı – Qadın məsələsi...

Böyük Britaniyanın ABŞ-dan aldığı F-35 döyüş təyyarələrinin məxfi məlumatları Tinder proqramı vasitəsilə oğurlanıb.

Şəxsiyyəti bilinməyən haker İngiltərə Hava Qüvvələrində xidmət edən qadın pilotla tanış olub, daha sonra onun hesabını oğurlayıb.

Bu hesab vasitəsilə digər ingilis pilotlarla əlaqə yaradan haker F-35-lər haqqında məxfi qeydləri ələ keçirib. Qadın pilot hesabının oğurlandığını bildirib. Beləcə F-35-lərlə bağlı məxfi informasiyaların bir qismi ifşa olunub.

İngiltərə Hava Qüvvələri F-35-lərlə bağlı informasiyanın üçüncü tərəfin əlinə keçdiyini təsdiqləyib.

Qeyd edək ki, İngiltərə və Amerika F-35 proqramı çərçivəsində 9 milyardlıq razılaşma imzalayıb. Razılaşmanın birinci mərhələsində 135 F-35 təyyarəsinin birinci partiyası kimi 48 təyyarə İngiltərəyə çatdırılıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31