Malayziyanın keçmiş baş nazirinə qarşı yeni ittihamlar irəli sürüləcək

Malayziya Antikorrupsiya Komissiyası ölkənin keçmiş baş naziri Nəcib Razakı iclasa çağırıb.

1MDB Milli İnvestisiya Fondundakı korrupsiya ittihamı işi üzrə barəsində istintaq aparılan keçmiş baş nazirə qarşı yeni ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, avqustun 8-də Nəcib Razaka çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və 2001-ci ildə qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin toplanması üzrə ittiham irəli sürüləcək.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31