"Ukraynanı yox olmaqdan onlar xilas edir" - Timoşenko
Ukrayna iqtisadiyyatını çökməkdən ukraynalı miqrantlar xilas edir. Bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenko paylaşıb.
7 Avqust 2018 11:49 DünyaUkrayna iqtisadiyyatını çökməkdən ukraynalı miqrantlar xilas edir.
Bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenko paylaşıb.
"Ölkədəki iqtisadi situasiyanı xilas edən yeganə şey xaricdəki ukraynalıların öz qohumlarına göndərdikləri pullardır. 2018-ci ildə onlar ölkənin büdcəsinə 5 milyard avro keçiriblər. Bu insanlar sağ qalmağa, ölkələrinin və ailələrinin qayğısına qalmağa çalışırlar", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31