Türkiyə ABŞ-a məxfi heyət göndərir - Böhran
7 Avqust 2018 11:46 DünyaABŞ sanksiyalarının ortadan qaldırılması üçün Türkiyə Vaşinqtonla danışıqlara başlayıb.
Bu barədə məlumatı "Sözcü" qəzeti etibarlı mənbələrinə istinadən yayıb. Qəzet bunun üçün 2 gün ərzində ABŞ-a xüsusi bir heyətin gedəcəyini bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə keşiş Bransonun həbsdən azad edilməməsinə görə, Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq edib. Sanksiyalara Türkiyənin daxili işlər və ədliyyə nazirləri məruz qalıb.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31