“Rusiya ilə sərhədlərin bağlanması…” - Ukrayna üçün QORXUNC PROQNOZ
7 Avqust 2018 11:11 DünyaUkrayna iqtisadiyyatı Rusiyayla sərhədin bağlanması nəticəsində qəti dağılacaq.
Bu haqda "112 Ukrayna" telekanalının efirində Ukrayna Ali Rasasının üzvü İqor Mosiyçuk bildirib.
Parlament üzvü qeyd edib ki, Rusiyayla dəmiryolu əlaqəsinin bağlanması hər şeydən əvvəl xaricdə işləyən Ukrayna vətəndaşlarına, həmçinin ölkə iqtisadiyyatına böyük zərər vuracaq.
Qeyd edək ki, daha əvvəl Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib ki, Kiyev Moskvayla dəmiryol əlaqəsinin bağlanmasın variantına baxır. 2017-ci ilin sonunda isə o iddia edirdi ki, belə qərardan Ukrayna tərəfinin zərərləri yalnız bir qrivna təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31