Əfqanıstanda ABŞ-ın aviazərbələri və "Taliban" silahlılarının hücumları zamanı 50 nəfər həlak olub

Əfqanıstanın şərqindəki Lövgər vilayətində ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələri və radikal "Taliban" hərəkatının silahlılarının təşkil etdiyi hücumlar zamanı 50 mülki sakin və təhlükəsizlik xidməti əməkdaşı ölüb.

Vilayət Şurasının üzvü Abdul Vali Vakila hərəkat silahlılarının Azra rayonunda gecə saatlarında koordinasiyalı hücumlar həyata keçirdiyini, nəticədə 35 təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxsin öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, daha 15 polis əməkdaşı ABŞ aviasiyasının onların nəzarət-buraxılış məntəqəsinə endirdiyi aviazərbələr zamanı ölüb.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31