Kolumbiyanın sabiq prezidenti xalqı ilə vidalaşıb: "Gedirəm, amma..."

Vəzifəsindən gedən Kolumbiya prezidenti Xuan Manuel Santos xalqı qarşısında vida nitqi ilə çıxış edib. Sabiq prezident ümumiyyətlə böyük siyasətdən getdiyini bildirib.

Qeyd edək ki, artıq Kolumbiya prezidenti postunu seçkilərdə qalib gəlmiş İvan Duke tutacaq.

Santos iki dəfə ardıcıl prezident olub, yəni 8 il Kolumbiyanı idarə edib.

O, vida nitqində deyib: "Siyasətdən gedirəm, amma sülh naminə digər sahələrdə fəaliyyətimi davam etdirəcəyəm. Ürəyimdə heç bir düşmənçilik hissi olmadan gedirəm. Qəlbimdə heç kin-küdurət, nifrət yoxdur".

Sabiq prezident Kolumbiyanın yeni seçilmiş prezidentinə də uğurlar arzu edib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31