Orxan Camal ölümündən sonra mükafata layiq görüldü
6 Avqust 2018 17:35 DünyaAfrikada öldürülən jurnalist Orxan Camal, rejissor Aleksandr Rostorquyev və operator Kirill Radçenko peşələrində göstərdikləri cəsarət və qətiyyətə görə "Araşdırmaçı Jurnalistlərə Dəstək İctimai Birliyi"nin "Редколлегия" ("Redaktor heyəti") mükafatınaa layiq görülüblər.
Olaylar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mükafat mərhum jurnalistlərin yaxınlarına təqdim ediləcək.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında öldürülən jurnalistlər "PMC Vaqner" silah şirkətinin fəaliyyəti barədə sənədli film hazırlayırdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31