Dünyanın ən sağlam şəhərləri – Siyahı
6 Avqust 2018 16:00 DünyaEv kirayəsi saytı "Spotahome" dünyanın 89 şəhərinin ekoloji təmizlik səviyyəsi üzrə reytinqini tərtib edib.
Olaylar.az xəbər verir ki, dünyanın 89 ən sağlam böyük şəhəri siyahısından ilk 10 yerdən 8-i Avropa qitəsindədir. Siyahı tərtib olunarkən şəhərlərdəki yaşıl sahələr, idman qurğularının keyfiyyəti, hava və su kirliliyi, ortalama yaş həddi, köklük faizi, iş - şəxsi həyat balansı olmaq 10 amil nəzərə alınıb.
Dünyanın ən sağlam şəhəri siyahısına Amsterdam başçılıq edir. Amsterdamı Oslo və Münhen şəhərləri izləyir. İtaliyanın Roma və Milan şəhərləri də 36-cı və 61-ci sırada yer alıb.
Siyahının sonun da Mərakeşin Kasablanka, Türkiyənin İstanbul, Çinin Şanxay şəhərləri gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31