Avropa İttifaqı ABŞ-ın Tehrana sanksiyalarının qarşısını bu yolla alacaq
6 Avqust 2018 15:30 Dünya7 avqustdan etibarən Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını bloklamağa başlayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası nümayəndəsi Mina Andreyeva məlumat verib. Brüssel bu addımı Tehranla biznes aparan Avropa şirkətlərini qorumaq məqsədilə atır.
İyul ayında Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri "Blok edici statut"a dəyişiklikləri təsdiq etmişdilər. Qanun ABŞ-ın Tehrana qarşı sanksiyalarının Aİ ərazisində qüvvəsinin olmadığını qəbul edir. Bundan əlavə "blok edici qanun" Aİ ərazisində qeydiyyatda olan şirkətlərə İranla ticarət əlaqələrini kəsməyi qadağan edir.
Brüssel ilk dəfə bu qəbil addımları 1996-cı ildə Kuba dövlətinin maraqlarını ABŞ sanksiyalarından qoruyarkən atmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31