“Maduroya qarşı sui-qəsdin arxasında CİA var” – Amerikalı hərbi ekspert
6 Avqust 2018 14:48 DünyaTerrorla mübarizə üzrə ekspert Skot Bennet Venesuela prezidenti Nikolas Maduroya qarşı həyata keçirilən sui-qəsd cəhdində ABŞ Milli Kəşfiyyat İdarəsinin barmağının olduğunu iddia edib.
Olaylar.az xəbər verir ki, iki gün əvvəl baş verən terror aktında Nikolas Maduro hərbi paradda çıxış edən zaman partlayıcı daşıyan PUA-larla hücum təşkil olunmuşdu. Snayperlərin vaxtında PUA-ları vurması nəticəsində sui-qəsdin qarşısı alınmışdı. Hadisə zamanı 7 hərbçi yaralanmışdı. Hadisə ilə bağlı açıqlama verən Maduro terror aktının ardında Kolumbiya prezidenti Xuan Manuel Santosun dayandığına şübhəsi olmadığını demişdi.
Terror aktından bir neçə saat sonra ABŞ Milli Təhlükəsizlik müşaviri Con Bolton tez-tələsik terror aktında Amerikanın əlinin olmaması barədə bəyanat verdi:
"Bunun arxasında heç bir formada amerikan hökumətinin dayanmadığını qəti şəkildə deyə bilərəm".
Ancaq ABŞ ordusunun psixoloji müharibə sahəsi üzrə sabiq əməkdaşı Bennet Press TV-ə müsahibəsində bunları deyib:
"Məsələyə daha yaxından baxsaq bunun qəti şəkildə Kolumbiyada fəaliyyət göstərən MKİ (CİA) əməkdaşları tərəfindən törədildiyini deyə bilərik. Amerika CİA-nın pozucu bir ünsür olmasını bir başqa sübutu olacaq. Bu Amerikanı siyasi müharibələrə çəkməyə çalışan bir kəşfiyyat əməliyyatıdır".
Bennet həmin vaxtda, eyni gündə ABŞ-ın Banqladeşdəki səfirinə hücum edilməsinin bir aldatma fəndi olduğunu və MKİ tərəfindən Maduroya qarşı təşkil olunan sui-qəsd cəhdindən diqqəti yayındırmaq üçün edildiyini deyib.
Qeyd edək ki, ABŞ rəsmiləri Banqladeş səfiri Marsia Bersinat və təhlükəsizlik komandasının silahlı Dəkkədə silahlı hücuma məruz qalması və səfiri yaralanmadan xilas olmadı haqda xəbər yaymışdılar.