Mərkəzi Bankı sədrinin müavini həbs olundu - İranda

İran Mərkəzi Bankının Valyuta Şurasının sədr müavini Əhməd Əraqçi saxlanılıb. FaktXəbər bildirir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumatı İran Məhkəməsinin sözçüsü Qulamhüseyn Möhsün-Ejei təsdiqləyib. Əhməd Əraqçi ilə yanaşı, daha üç nəfər də həbs olunub. Onlara qarşı korrupsiya ittihamı irəli sürülüb.
Buna qədər İran Prezidenti Həsən Ruhani hökumətin tərkibində dəyişiklik edərək, Mərkəzi Bankın sədri Vəliullah Seyfini tutduğu vəzifədən azad etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31