​Azərbaycanlı aktyor roluna görə 21 kilo arıqladı Özəl açıqlama

Aktyor Azər Aydəmir "Əlvida Smidit" filminə çəkildiyi üçün roluna görə 21 kiloqram arıqlayıb.

Olaylar.az Metbuat.az-a istinaden xəbər verir ki, Azərbaycanda ilk dəfədir aktyor rolu üçün bu qədər arıqlayıb. Film dövlət sifarişlidir.

Metbuat.az-a özəl açıqlama verən Azər Aydəmir sağlam arıqladığını bildirib:

"Sağlam həyat tərzi, dieta və idmanla arıqlamışam. Əsas kinoya olan sevgimin rolu arıqlamamda böyük oldu.Onu da qeyd edim ki, çoxları kökəldiyim üçün adımın üstündən xətt çəkmişdi ki, daha Azər qəhraman rolları oynaya bilməz, ancaq dayı, əmi oğlu oynaya bilər. Mən arıqlayaraq həm onlara, həm özümə sübut etdim ki, mən qəhraman rollarını oynaya bilərəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31