Abdullah Gülün yaxın adamı həbs olundu

Türkiyənin sabiq prezidenti Abdullah Gülün ən yaxın adamlarından biri FETÖ ittihamı ilə həbs olunub.

Olaylar.az virtualaz.a-a istinadən xəbər verir ki, Ankara prokurorluğunun Qazi universitetində apardığı araşdırma ilə bağlı saxlanılan 19 nəfərin arasında Gülün prezidentliyi dönəmində şəxsi həkimi olmuş Sedat Caner də var.

Sedat Caner prokurorluğun ittihamını rədd etsə də, məhkəmə onun haqqındakı təqdimatı təsdiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31