Hadisə Türkiyəni tərk edir
5 Avqust 2018 15:45 DünyaTürkiyəli məşhur müğənni Hadisə ölkəsini tərk edəcək.
Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, müğənni anası Gülhinal Açıqgözün intihara təşəbbüsünün mətbuatda yayılmasından sonra bu qərara gəlib.
O, anasını müalicə etdirmək və mətbuatda yayılan əsassız iddiaların qarşısını almaq üçün doğulduğu Belçikaya aparacaq.
Qeyd edək ki, Hadisə anasının intiharından sonra meneceri olan bacısı ilə əməkdaşlığı dayandırmış və bacılar bir-birini hətta sosial mediadan da izləməyə son vermişdilər. Gülhinal Açıqgöz isə intihar məktubunun mətbuatda yayılmasından sonra məhkəməyə müraciət etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31