Nusretin restoranını bağladılar

Türkiyənin dünyaca məşhur aşpazı Nusretin restoranı bağlanıb.

Onun İstanbuldakı restoranı polislər tərəfindən möhürlənib.

Buna səbəb isə sözügedən məkanda siqaret çəkilməsi olub. Məşhur aşpaz qapalı məkanlarda siqaret çəkməyin qadağan olduğunu bilsə də, o, öz restoranında bu qaydaya əməl etməyib. 

Bundan öncə isə Nusret restoranın reklamı olan lövhəni Türkiyənin tarixi binalarının birinin divarına asdığı üçün cərimələnmişdi.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31