Yunanıstandakı faciəyə görə istefa verdi
3 Avqust 2018 23:51 DünyaYunanıstanda Dövlət Təhlükəsizliyi və Mülki Müdafiə Nazirliyinin vəkili Nikos Toskas istefa verib.
Toskas istefa səbəbi kimi ötən həftə Yunanıstanda baş verən yanğın faciəsini göstərib.
Yunanıstan hökuməti bildirib ki, baş nazir Toskasın istefasını qəbul edib, xidmətlərindən dolayı ona təşəkkür edib.
Toskas açıqlamasında bildirib ki, baş verən təbii fəlakət nəticəsində çoxlu insanın həyatını itirməsi vəzifəmə davam etmək istəyimin üzərindən xətt çəkib.
Qeyd edək ki, Yunanıstanda baş verən meşə yanğınları nəticəsində 90-dan çox insan həlak olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31