Trampın oğlu ailəsinə təhdidlər olduğunu bildirib
3 Avqust 2018 12:08 DünyaABŞ Prezidenti Donald Trampın ortancıl oğlu Erik özünün və ailəsinin bütün üzvlərinin təhdid edildiyini bildirib.
Bu barədə E.Tramp "Fox News"a açıqlamasında söyləyib.
"Mənə də, ailə üzvlərimə də, bir sözlə, hamımıza poçtla ağ toz göndərilib. Hamımız təhdid olunmuşuq", - o deyib.
Xatırladaq ki, daha əvvəl, fevral ayında ABŞ prezidentin böyük oğlu - kiçik Donald Trampın Nyu-Yorkdakı mənzilinə içərisində naməlum mənşəli ağ toz olan zərf çatdırılıb. Anonim göndərici zərfdə prezidentin oğlunun ünvanına təhqirlərlə dolu sözlər də yazıb və inun layiq olduğu münasibəti gördüyünü qeyd edib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31