Əfqanıstan hərbçiləri "Taliban" silahlılarının girov saxladığı 60-dan çox adamı azad edib
3 Avqust 2018 11:33 DünyaƏfqanıstan Milli Ordusu həyata keçirdiyi xüsusi əməliyyat zamanı radikal "Taliban" qruplaşmasının Hilmənd əyalətində girovluqda saxladığı 61 nəfəri azad edib.
Ordunun Hilmənd əyalətindəki xüsusi birləşməsinin komandiri Munib Əmirinin bildirdiyinə görə, əməliyyat dünən gecə Kayaki bölgəsində həyata keçirilib.
Girovların saxlandığı həbsxanalara basqın zamanı "Taliban" qruplaşmasının 7i üzvü saxlanılıb.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31