Əfqanıstanda mina 3 uşağı öldürdü

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində mina partlaması nəticəsində 3 uşaq həlak olub.

Daha iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, avtomobil hərəkətdə olarkən minaya düşüb.

Ötən gün də Qəndəharda avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər həlak olmuşdu.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31