Rusiya İsrail-Suriya sərhədini nəzarətə götürür
2 Avqust 2018 16:36 DünyaRusiya Qolan təpələrində hərbi polis postları quraşdırılacaq.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudski deyib. Onun sözlərinə görə, Suriya-İsrail sərhədində beynəlxalq müşahidəçilərin işi 2012-ci ildə dayandırılıb və indi bu işin yenilənməsi üçün şərait yaranıb.
Qeyd edək ki, İsrail bundan öncə Suriya-İsrail sərhədindən İrana məxsus hərbi birləşmələrin çəkilməsini istəmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31