“Türkiyə özündən başqa heç kimə güvənməməlidir”
2 Avqust 2018 16:23 Dünya"ABŞ onun maraqlarına uyğun hərəkət etməyən hər bir ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırdır".
Bu fikri jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa deyib.
O bildirib ki, Türkiyənin özündən başqa heç kimə güvənməməyi lazımdır: "Rusiyada belə bir söz var: "Ordu və donanmadan daha yaxşı müttəfiq yoxdur. Amerikanın ən yaxşı müttəfiqi ABŞ dollarıdır. Avropa güclü olanda onlar Avropa İttifaqının, Çin güclənəndə isə Çinin düşməninə çevrilirlər. Türkiyə ABŞ-ın istədiyi kimi davranmayanda həmin dəqiqə sanksiyalar və ticarət savaşı tətbiq etməyə başlayırlar".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31