ABŞ-ın Türkiyəyə sanksiyasına Rusiyadan reaksiya
2 Avqust 2018 14:54 DünyaABŞ onun maraqlarına uyğun hərəkət etməyən hər ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırdır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa söyləyib. ABŞ-ın türk nazirlərə qarşı sanksiya tətbiq etməsindən bəhs edən Çepa Türkiyənin özündən başqa heç kimə güvənməməsi gərəkdiyini bildirib:
"Rusiyada belə bir söz var: Ordu və donanmadan daha yaxşı müttəfiq yoxdur. Amerikanın ən yaxşı müttəfiqi ABŞ dollarıdır. Avropa güclü olanda onlar Avropa Birliyinin, Çin güclənəndə isə Çinin düşməninə çevrilirlər. Türkiyə ABŞ-ın istədiyi kimi davranmayanda həmin dəqiqə sanksiyalar və ticarət savaşı tədbiq etməyə başlayırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31